• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2383
— 28.10.2021 16:08

Nizami Gəncəviyə həsr edilən tədbir keçirib

KepezTV Player

Gəncədəki Tibb Kollecində dahi şair Nizami Gəncəvinin 880 illiyi ilə bağlı tədbir keçirilib. Nizami Gəncəvi ilə bağlı rəsmlər və kitablarla tanışlıqdan sonra ədəbiyyat dühasının həyat və yaradıcılığından söz açılıb. 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edildiyi, dahi şairin Gəncədə yaşayıb yaratdığı vurğulanıb. Dünyaya poetik-fəlsəfi fikrin zirvəsi olan “Xəmsə”ni bəxş etdiyi, böyük ədəbi məktəbin bünövrəsini qoyduğu xatırladılıb. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib. Tədbirdə Gəncə Tibb Kollecinin tələbələri  Nizaminin "Xəmsə"sindən səhnəciklər nümayiş etdirib, şerlər səsləndiriblər. şairə həsr olunan videoçarx da nümayiş olunub.