KepezTV Player
Gəncə şəhər Baş Polis İdarəsinin və tabeli qurumlarının əməkdaşları karantin rejimi ilə əlaqədar şəhər ərazisində nəzarət-profilaktik tədbirləri davam etdirirlər. İctimai nəqliyyatda sürücülərin tibbi maskadan istifadə etməsinə, COVID-19 pasportunun olub-olmamasına diqqət yetirilib. Karantin qaydalararını pozan şəxslər barəsində inzibati protokol tərtib edilib. **Şəhər ərazisində fəaliyyət göstərən mehmanxanalarda da monitorinqlər aparılıb. Müştərilərin COVİD-19 pasportları yoxlanılıb, obyekt sahibləri ilə izahedici söhbətlər aparılıb. **Monitorinqlər şadlıq evlərində davam etdirilib. Mərasimə dəvət olunan qonaqların COVİD-19 pasportunun olub-olmaması yoxlanılıb. COVİD-19 pasportu olmayan şəxslər restorana buraxılmayıblar.
- Baxış: 594