• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 800
— 27.10.2021 19:56

"Kəpəz" qələbə seriyasını davam etdirə bilmədi

KepezTV Player

Futbol üzrə Azərbaycan 1-ci Divizionunda 6-cı tura yekun vurulub. Bağlanış günü “Kəpəz” evdə son çempion “Neftçi-2”ni qəbul edib. Doğma publika qarşısında ilk yarıda üstün oyun göstərən sarı-göylər 10 dəqiqə ərzində rəqib qapısından 2 top keçiriblər. 27-ci dəqiqədə Nicat Süleymanov hesabı açıb. Qonaqların qapısı önündə ard-arda təhlükəli vəziyyətlər yaradan gəncəlilər 37-ci dəqiqə azarkeşlərini ikinci dəfə sevindiriblər. Əks-hücum zamanı Cavid İmamverdiyevin ötürməsini Emil Qasımov qapıya göndməkdə çətinlik çəkməyib. Bu qolla “Kəpəz” fasiləyə 2:0 öndə yollanıb. İkinci 45 dəqiqədə görüş tamam başqa məcrada cərəyan edib. Gəncəli məşqçi Mahmud Qurbanovun komandası olan Neftçi-2 oyunu ələ alaraq geridönüş etməyi bacarıb. 61-ci dəqiqədə bakılılardan Asim Əlizadə buraxılan toplardan birinin əvəzini çıxıb. Hücumlarının kəsərini artıran ağ-qaralar 8 dəqiqədə sonra hesabı bərabərləşdiriblər. Əli Sadıxov fərqlənərək tarazlığı bərpa edib. Bu qoldan sonra qarşılaşmada ən yaddaqalan hadisə kobud hərəkətə görə Neftçi-2-dən Xəqani Sadıxovun qırmızı vərəqə alaraq medyandan qovulması olub. Ancaq "Kəpəz" say üstünlüyündən istifadə edə bilməyiblər və görüş 2:2 hesablı sülhlə yekunlaşıb.