• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2052
— 26.10.2021 20:44

Şəhidin xatirəsinə bulaq yaradılıb

KepezTV Player

Gəncədə şəhid Nurlan Bağırovun anım günündə adna ehsan bulağının açılışı olub. Bulaq şəhidin yaşadığı evin önündə inşa edilib. Vətən müharibəsi başlıyanda ön cəbhədə hərbi xidmətdə olan Nurlan Bağırov döyüşlərin ilk günlərindən qəhrəmanlığı ilə fərqlənib. Vətən sevgisi, torpaq həsrəti Nurlanın döyüş meydanında düşmənə qarşı nifrətini daha da artırıb. Düşmənin xeyli sayda texnikasını, canlı qüvvəsini məhv edərək hərbçi yoldaşlarını irəliyə səsləməsi böyük ruh yüksəkliyi yaradıb. 20 yaşlı Nurlan Bağırov Füzuli uğrunda gedən döyüşlərdə şəhid olaraq ali zirvəyə ucalıb. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları Təşkilatının Göygöl şöbəsi tərəfindən şəhidin atasına medal təqdim edilib, şagirdlər vətənə, torpağa, şəhidlərə aid şerlər səsləndiriblər. Daha sonra şəhidin qəbri də ziyarət edilib, qəbri üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.