• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1796
— 25.10.2021 20:10

850 nəfərə üçüncü doza vaksin vurulub

KepezTV Player

Hazırda Göygöl rayonunda COVİD 19-a qarşı üçüncu doza peyvəndləmə işlərinə başlanılıb. Əsasən xüsusi risk qrupuna daxil olan şəxlər hədəf seçilsə də könüllülük prinsipi ilə də vətəndaşların vaksinasiyası aparılır.

Koronavirusa yoluxmanın qarşısını almaq, eləcədə xəstəliyin geniş yayılmaması üçün Göygöldə də vaksinasiyanın üçüncü dozası tətbiq edilir. Yaşı 50-dən yuxarı olanlar, immuniteti zəif olanlarla yanaşı peyvəndin 3-cü dozasını vurdurmaq istəyən hər kəs Göygöl Rayon Mərkəzi xəstəxanasının yolxucu xəstəliklər şöbəsinə müraciət edə bilər. Həkim müayinəsindən keçdikdən sonra səhhətində problemi olmayanlar peyvəndləməyə cəlb edilirlər. 3-cü doza 1 və 2-ci doza peyvənd vurulduqdan 6 ay sonra tətbiq edilir. BU virusa yoluxma riskini azaltmaqla yanaşı xəstəliyi yüngül formada keçirməyə də kömək edir. Göygöldə indiyə kimi  850 nəfərə üçüncü doza vaksin vurulub.

Peyvənd olunanların pasportlarına üçüncü vaksinin vurulma tarixi də yazılır. Rayonda əsas vaksinasiya işi mərkəzdə görülsə də qəsəbə və kəndlərdə olan sakinlər də prosesdən kənarda qalmırlar. Hazırda  6 birqada rayon ərazisində vaksinasiya işlərini həyata keçirir. Ümumilikdə rayonda 29 min 722 nəfər birinci,  25 min 897 nəfər isə ikinci doza vaksin vurdurub.

 

Elnur Vahidoğlu