• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2069
— 25.10.2021 20:29

Düşmənin Su-25-ni məhv edən qəhrəman

KepezTV Player

Vətən müharibəsində Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməklə yanaşı, düşmənin xeyli sayda texnikası da sıradan çıxardıb və məhv edib. 44 günlük döyüşlərdə hərbçilərimiz tərəfindən Ermənistanın 5 Su-25 təyyarəsi vurulub. Qarşıdakı sujetdə həmin qırıcılardan birini yox edən qəhrəmanı tanıyacaqsız. Müharibədə igidlik göstərərək düşmənin bahalı, eyni zamanda böyük təhlükə sayılan texnikasını məhv edən şəxs Elvin Hüseynzadədir. Göygöl rayon Pənahlılar kəndindən olan Elvin Vətən müharibəsi başlayanda Beyləqanda N saylı hərbi hissədə xidmətdə olub. O, Zenit raket divizonun tərkibində Füzuli, Cəbrayıl, Qubadlı, Laçın rayonlarının işğaldan azad olunmasında iştirak edib. Müharibə iştirakçısı döyüşlər getdiyi zaman böyük şücaət göstərərək Qubadlı rayonunun Xəndək kəndində döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirməklə düşmənin  Su-25 döyüş təyyarəsini məhv edib.

Elvin Hüseynzadə üçün düşmən qırıcısını vurması xüsusi əhəmiyyət kəsb edir. O, bununla da şəhid olan yaxın dostunun qisasını aldığını deyir. Döyüşlər başlayan vaxt hərbi xidmət keçməsinin 15-ci ayında olan Elvinin müharibədə iştirak etməsindən ailəsi xəbərsiz olub. Ta ki, komandirinin atasına zəng edərək oğlunun göstərdiyi igidliyi danışanadək. Elvin Hüseynzadə ata və anasını narahat etməmək üçün döyüşlərə yollanmasını onlara bildirməsə də, əmisi ilə ara-sıra danışıb. Arif Hüseynov bu cür qoçaqlıq nümayiş etdirərək düşmən texnikasını məhv edənlərdən birinin qardaşı oğlunun olması ilə fəxr edir. Elvin Hüseynzadə Ermənistan Silahlı Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsini vurduqdan sonra yuxarı komandanlıq və hərbi hissəsi tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif edilib. O müharibədə göstərdiyi qəhrəmanlığa görə ölkə başçısının sərəncamı ilə Vətən uğrunda medalı ilə də mükafatlandırılıb.