KepezTV Player
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Azərbaycana edəcəyi birgünlük işgüzar səfərin proqramı açıqlanıb. Türkiyə Prezident Administrasiyasının məlumatına görə, <br>Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Füzulidə Beynəlxalq Hava Limanının açılışına qatılacaq Ərdoğan avtomobil yolunun və Zəngilanda Türkiyənin də töhfəsi ilə tikiləcək "ağıllı aqropark"ın təməlqoyma mərasimində iştirak edəcək. Səfər çərçivəsində keçirilən görüşlər zamanı Türkiyə-Azərbaycan münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı addımlar müzakirə olunacaq. Həmçinin aktual regional və beynəlxalq məsələlərin müzakirəsi də nəzərdə tutulur.
- Baxış: 303