Paytaxtda Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı müxtəlif vaxtlarda rayon ərazisində avtomobillərin şüşələrini qıraraq salonlardan oğurluq edən şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Nurlan Hüseynov tutularaq istintaqa təqdim edilib. Onun Nərimanov rayonu ərazisində müxtəlif markalı 8 avtomobilin salonundan maqnitafonlar, pul və digər əşyalar oğurlayaraq dəyər-dəyməzinə satdığı məlum olub. Hüseynov oğurluğa gedən zaman həmin ərazilərdə quraşdırılan müşahidə kameraları vasitəsi ilə də görüntülənib. Saxlanılan şəxs barəsində toplanan materiallar arşadırılması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim edilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
- Baxış: 833