• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2263
— 24.10.2021 21:41

5 tamaşanın məşqi gedir

KepezTV Player

Nizami ili çərçivəsində Gəncədə keçiriləcək silsilə tədbirlər çərçivəsində Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi 3 yeni tamaşa nümayiş etdirəcək. Hazırda paralel olaraq məşqləri gedən ümumilikdə 5 tamaşanın ilin sonuna kimi təhvil verilməsi nəzərdə tutulur.

Hazırda Gəncə Dövlər Dram Tetarının yaradıcı kollektivi Elşad Əhmədovun quruluş verdiyi, Məmməd Alimin ssenarisi əsasında hazırlanan Ürfən Məclisi, Nizami Gəncəvinin əsərləri əsasında ərsəyə gələn Xəmsə, eləcə də dahi mütəfəkkirin şer və qəzəllərindən ibarət ədəbi bədi kompazisiyaların məşqlərini edir. Nizami Gəncəvi yaradıcılığına həsr olunan tamaşalarda rejissor teatrsevərlərə bir sıra yeniliklər nümayiş etdirəcək.

Artıq 2 ilə yaxın idi ki, tamaşaçılarla görüşməyən aktyorlar da bu səhnə əsərlərinə xüsusi həvəslə hazırlaşırlar. Uzun ayrılıqdan sonra sevənləri ilə görüşmək onlarda olan məsuliyyəti daha da artırır.

Mirzə Fətəli Axundovun Müsyo Jordan  Dərviş Məstəli Şah əsərini də yenidən nümayiş etdiriləcək. Teatrın repertuarına daxil olan bu səhnə əsəri uzun müddət idi ki, oynanılmırdı. Bundan başqa Nüşabə Məmmədlinin Cavadxan əsəri əsasında hazırlalan tarixi tamaşa da yaxın günlərdə təhvil veriləcək. Gəncə xanı Cavadxana, onun hakimiyyəti zamanında baş verən hadisələrə həsr olunanlar tamaşaçılara əyani sürətdə çatdırılacaq.

Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi qısa metrajlı sənədli film sahəsində də ölərini sınayır. Zəfər gününə həsr olunan "Millətim" filmin çəkilişləri davam edir. Bədii rəhbəri Əli Qasımov, rejissoru Elşad Əhmədov olan filim teatrın aktyoru, ikinci Qarabağ müharibəsinin qazisi Hüseyn Cəfərovun əsəri əsasında çəkilir. Film Zəfər günü ərəfəsində nümayişiş olunacaq.

Elnur Vahidoğlu