• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1060
— 24.10.2021 21:41

Zəfər gününə həsr olunan yarış keçirilib

KepezTV Player

Gəncədə sərbəst güləş üzrə açıq şəhər birinciliyi təşkil edilib. 8 noyabr Zəfər gününə həsr olunan bu yarış Təhsil Nazirliyi və  Təhsil Respublika İdman Mərkəzinin tədbirlər planına uyğun olaraq silsilə tədbirlərin davamıdır.  Yarış 2005-2007 və 2008-2010-cu illər arası uşaq və yeniyetmələr arasında təşkil edilib və Gəncə ilə yanaşı, Mingəçevir eləcə də Tovuz rayonunun idmançıları öz qüvvələrini nümayiş etdiriblər. 44 günlük müharibə ərzində Azərbaycan 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edərək, ərazi bütövlüyümüzü bərpa edib.Şuşaya şanlı bayrağımız sancılıb və Zəfər günümüz təsis edilib. Bu yarışı keçirməkdə məqsəd də Qarabağda qazandığımız qələbəni və uğuru uşaqlar, yeniyetmələr arasında təbliğ etməkdir.