• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1325
— 23.10.2021 19:59

Ziyadxanova həsr olunan kitab hazırlanıb

KepezTV Player

Gəncədə, Ənvər Çingizoğlu və Aydın Ziyadlının müəllifi olduğu "İsmayıl Xan Ziyadxanov" kitabının təqdimatı olub. Təqdimat  «Cavad Xan» Tarix və Mədəniyyət Fondunun, Gəncə İctimai İştirakçılıq Məclisi və Gəncə Maarif Evi İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Cavad xanın nəticəsi olan Ziyadxanovun düşmən qarşısında heç vaxt əyilməməsindən və Cümhuriyyət quruculuğunda hər zaman öndə gedən şəxsiyyətlərdən olduğu kitabda ana xətti təşkil edir. Tədbir iştirakçıları çıxışlarında Cavad xanın layiqli davamçısı olan İsmayıl xan Ziyadxanov haqqında nəşr olunan kitaba görə müəlliflərə öz təşəkkürlərini bildiriblər. Tədbirdə İsmayıl xan Ziyadxanovun keşməkeşli həyatından söz açılıb və bu kimi şəxsiyyətlərin cəmiyyətimiz üçün tanıdılmasının vacibliyini vurğulayıblar. Kitabın həmmüəlliflərindən biri İsmayıl xan Ziyadxanovun nəvəsidir.