• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2384
— 23.10.2021 19:57

Naxçıvanda hərbi qulluqçuların növbəti hazırlıq kursuna yekun vurulub

KepezTV Player

Naxçıvan Qarnizonu Qoşunlarında gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarını bitirən gənclərə seritifikatlar təqdim edilib. Müxtəlif hərbi ixtisaslar üzrə peşəkar zabitlər tərəfindən yetişdirilən kursantlar öz xidmət yerlərinə təntənəli mərasimlə yola salınıblar. Çıxış edənlər kurslar zamanı 44 günlük Vətən müharibəsində qazanılmış təcrübə ilə keçirilən məşğələlərin, ümumqoşun, ixtisas, fiziki hazırlıq dərslərinin və təlim-atış çalışmalarının şəxsi heyətin peşəkarlaşmasında mühüm rol oynadığını diqqətə çatdırıblar. Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və məzunların tribuna önündən təntənəli keçidi olub.