• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 731
— 23.10.2021 15:46

Küçə və yollar yenidən qurulur

KepezTV Player

Naftalan şəhərində yol infrastrukturunun müasir səviyyəyə çatdırılaraq vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində genişmiqyaslı təmir-tikinti işləri həyata keçirilir. Ümumi uzunluğu 16 km olan 34 küçə və yolda təmir işlərinin aparılmasına başlanılıb. Artıq bu çərçivədə bir sıra ərazilərdə işlər başa çatmaq üzrədir. İnşaat işləri zamanı küçə və yollar genişləndirilir. Aparılan genişləndirmə işləri piyada və avtomobillərin normal və təhlükəsiz hərəkətinə hesablanıb. Layihəyə uyğun olaraq yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə lazımi qrunt tökülərək kipləşdirilib. Hazırda küçə və yollara yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilir.