Koronavirusun qarşısının alınması istiqamətində dövlət səviyyəsində addımlar atılır, virusa qarşı mübarizə tədbirləri çərçivəsində dezinfeksiya işləri aparılır. Gəncədə də proses davam edir. Dezinfeksiya işləri ilə yaxından tanış olmaq üçün ekrana yaxın əyləşin.
Gəncədə şəhər İcra Hakimiyyəti tərəfindən koronavirus infeksiyasının yayılması təhlükəsinə qarşı dezinfeksiya tədbirləri görülür. Şəhərin mərkəzi küçələri xüsusis maşınlarla dezinfüksiya edilir. Eləcə də işlər yaşayış binalarını da əhatə edir. Sakinlər tibbi profilaktik tədbirləri yüksək qiymətləndirirlər.
Azad Bayramov - sakin: Dövlət müəssisələrinin, idarə və təşkilatların fəaliyyətini işçilərinin əmək haqqını almağı şərtilə dayandırması, əhalinin ünsiyyətdə olmasının qarşısını almaq məqsədilə bu dezinfeksiya tədbirlərinin keçirilməsi, həm dövlətin əhalinin sağlamlığını mühafizə etmək, həm də bu xəstəlikərin yayılmasının qarşısını almaq üçün ən mühüm vasitələrdən biri oldu.
Cavid Bağırzadə - sakin: Gəncə şəhərində geniş miqyasda dezinfeksiya tədbirləri həyata keçirilir.Nəinki bloklar, binaların qarşısı, liftlər, səkilər, hətta küçə və prospektlər də iritutumlu maşınlar vasitəsilə dezinfeksiya edilir.Buda görülən tədbirlərin bir hissəsidir və davamlı olaraq həyata keçirilir.Nəticə etibarı ilə sakinlərdə, camaatda mənəvi və psixoloji rahatlıq yaranıb.
Mütəxəssislər tərəfindən aparılan dezinfeksiya işləri çərçivəsində binaların qarşısı, zirzəmiləri, liftləri, xüsusi hazırlanmış maddələr ilə dezinfeksiya edilib. Dezinfeksiya zamanı Türkiyə və İspaniya istehsalı olan yüksək keyfiyyətli dərman preparatlarından, xloramindən istifadə edilib. Səthlərdən asılı olaraq dərman məhsulları dəyişə bilir.
İlqar Əsədov - Gəncə Şəhər MKTİB-in rəis müavini: Gəncə şəhərinin ərazisi, o cümlədən prospektlər, küçələr, meydanlar, xiyabanlar, parklar,yaşayış massivləri, yaşayış binaları,binaların girişləri eyni zamanda liftlərdə gündəlik dezinfeksiya işləri görülür.Hərəsində 10 nəfər olmaqla 4 qrup ayrılıb.Çiləyici su maşınlarından istifadə olunur.
Dezinfeksiya işlərini icra edən mütəxəssislər bildiriblər ki, koronavirus havada uzun müddət qalıcı olmasa da, səthlərdə 9-12 saatadək qalıcılıq qabiliyyəti var. Koronavirusun digər viruslara nisbətən qalıcılıq müddəti isə azdır. Ölkə ərazisində COVİD-19 infeskiyasının yayılma təhlükəsinin qarşısının alınması məqsədilə tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.
Gəncədə tibbi profilaktik və dezinfeksiya işləri davam etdirilir.Məlum olduğu kimi, koronavirus infeksiyası ilə mübarizədə mühüm addımlar atılır.Bu mühüm addımlardan birincisi də dezinfeksiya işləridir.Səhərin erkən saatlarından etibarən küçələrdə, yaşayış binalarında dezinfeksiya işləri aparılır.Biz də fürsətdən istifadə edərək, vətəndaşlara müraciət edirik ki, Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlara hörmətlə yanaşsınlar və sosial izolyasiya tədbirlərinə riayət etsinlər.
- Baxış: 517