• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1127
— 23.10.2021 00:06

Prezident Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olub

KepezTV Player

Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olublar. Burada kişi və qadın idman gimnastikası, bədii gimnastika, batut gimnastikası, ümumilikdə gimnastikanın 7 növü üzrə məşqlər keçirilir. Yeni binada eyni vaxtda 100 nəfər məşq edə bilər. Binanın ikinci mərtəbəsində idmançıların yaşayışı üçün 60 çarpayılıq 19 otaq var. Yeni məşq binasında təlim-məşq toplantıları təşkil etmək, gimnastikanın müxtəlif növləri üzrə təlim keçmək və beynəlxalq yarışların yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait yaradılıb. Yeri gəlmişkən, gələn ay burada batut gimnastikası üzrə Dünya Çempionatının keçirilməsi nəzərdə tutulur. Ümumilikdə isə gələn il Milli Gimnastika Arenasında bir sıra mötəbər beynəlxalq yarışların təşkili planlaşdırılır.Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva gimnastların məşqlərinə baxdılar və xatirə şəkli çəkdirdilər.