• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 706
— 22.10.2021 20:28

"Qarabağ" ən yaxşılar sırasında

KepezTV Player

"Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində məğlub olmayan 10 komandadan biridir.

Aktivində 2 qələbə və 1 heç-heçə olan Ağdam təmsilçisi yalnız Belçika "Gent"indən geri qalır. Sözügedən kollektiv keçirdiyi 3 görüşün hamısından qələbə ilə ayrılıb. Bundan başqa, "köhlən atlar" qrup mərhələsində çərçivəyə ən çox dəqiq zərbə endirən komandadır. "Qarabağ"ın futbolçuları 3 oyunda ümumilikdə 21 dəfə qapını dəqiq nişan alıb ki, bunlardan 6-sı qolla nəticələnib. Digər statistik göstəricilərə əsasən, ağdamlılar turnirdə topa ən çox nəzarət edən kollektivdir.Ağdam klubu 64 faiz göstərici ilə bu nominasiyada liderdir.Qarabağlılar 3 qarşılaşmada 84,7 faiz dəqiq ötürmə ilə oynayıb. Qurban Qurbanovun baş məşqçi olduğu komanda bu göstəricidə 5-cidir.Azərbaycan təmsilçisi bütün görüşlərdə 54 dəfə qol epizodu yaradıb ki, bu da turnirdəki komandalar arasında 3-cü nəticədir.