• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1479
— 22.10.2021 20:23

Qarabağın avropadakı yüksəlişi davam edir

KepezTV Player

UEFA Konfrans Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib. Tur çərçivəsində "Qarabağ" Tofiq Bəhərmaov adına Respublika stadionunda Qazaxstanın Kayrat klubunu qəbul edib.

Gözlənilənlərin əksinə olaraq ağdamlılar ilk hissəni 0:1 hesabı ilə geridə tamamlayıblar. Almatı klubunun hücumçusu Joze Kante təyin olunan penalti dəqiq yerinə yetirərək komandasını önə keçirib. Amma ikinci hissədə əzmkarlıq göstərən meydan sahibləri qarşılaşmada dönüş etməyi bacarıblar. Əvvəlcə əvəzetmədən meydana daxil olan Ramil Şeydayev qapı önündə yaranan qarışıqlıqdan maksimum istifadə edərək hesabı bərabərləşdirib. Oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə isə Qarabağ qələbə qolunu vurub. Abbas Hüseynov "köhlə atlar"ı qələbəyə daşıyıb. 2:1, O, vurduğu qolu gözyaşları ilə qeyd edib. Xallarının sayını 7-yə çatdıran Qarabağ qrupun digər matçında Omonianı 1:3 hesabı ilə məğlub edən Bazellə 1-ci - 2-ci yerləri bölüşür. Ağdam klubunun qələbəsi sayəsində Azərbaycan UEFA reytinqində 2 pillə irəliləyib. 26-cı pilləyə yüksələn ölkəmiz Polşa və Macarıstanı geridə qoyub.

"Qarabağ" paylaşımı

UEFA Konfrans Liqasının rəsmi tviter səhifəsi "Qarabağ"la bağlı növbəti dəfə paylaşım edib. Turnirin sosial şəbəkə hesabında Azərbaycan klubunun Bakıda Qazaxıstan "Kayrat"ına 2:1 hesabı ilə qalib gəldiyi qrup mərhələsinin III tur matçından fotolar yayımlanıb. "Son dəqiqədə qalib gəlmək, bax, budur" başlıqlı paylaşımda "köhlən atlar"ın qrupda məğlub olmadığı vurğulanıb. Həmçinin komandanın qrupu neçənçi pillədə bitirəcəyi ilə bağlı sorğu yerləşdiirlib.

"Avropa fatehi"Moskvanı da fəth etdi

UEFA Avropa Liqasında da qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib. Türkiyəli azarkeşlərin üzünü yenə də Qalatasaray güldürüb. Avropa Fatehi səfərdə Moskva Lokomotivini minimal hesabla üstələyib. 0:1. İlk hissəzi qolsuz bərabərliklə tamalanan matçın ikinci 45 dəqiqəsində meydan çıxan Kərəm Aktürkoğlu öz doğum gününü qolla qeyd edib. Oyunun sonlarına doğru bir neçə əl verişli imkandan faydalana bilməyən cim-bom lider yollandığı soyuq Moskva səfərindən eyni ünvanla da qayıdıb.

Avropa həsrəti bitdi, qələbə həsrəti davam edir

Fənərbağça isə avrokuboklarda çıxdığı ardıcıl ikinci ev oyununda da xal itirib. Belçikanın Antverpen klubunu qəbul edən sarı-göylər önə keçib daha sonra geri düşdükləri görüşdən 1 xalla ayrılıblar. 2:2. Növbəti mövsüm Türkiyə klublarının avropa liqalarına qatılma şansını asanlaşdıran və hava su kimi lazım olan vacib xalları sağa-sola xərcləyən Beşiktaşdan sonra Fənərbağça da ölkəsinin reytinq xalına töhfə verə bilməyib.