• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 864
— 22.10.2021 20:44

İctimai nəqliyyat və iaşə obyektlərində yoxlamalar

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə monitorinqləri davam etdirir. Bu dəfə də asayiş keşikçiləri tərəfindən reydlər ictimai nəqliyyat, yəni avtobus və taksilərin yoxlanılması ilə başlayıb. Sürücülərin tibbi maskadan istifadə etməsinə, COVID-19 pasportunun olub-olmamasına diqqət edilib. Ardınca reyd qapalı məkan sayılan otel və iri ticarət mərkəzlərində davam edib. Sözügedən iaşə obyektlərə daxil olan vətəndaşların virus əleyhinə paspostları yoxlanılıb, onlarla maarifləndirici söhbətlər aparılıb. Son olaraq restoran və şadlıq saraylarında pandemiyaya əməl olunmasına nəzarət edilib, girişlərdə qonaqların covid pasportları yoxlanılıb. Monitorinqlər nəticəsində zallarda oturacaqların pandemiya qaydalarına uyğun yerləşdirilməsi, eləcə də işçi heyətinin verilən göstərişlərə əməl etmələri müşahidə edilib. Reyd zamanı qaydalara tabe olmayan şəxslər isə məsuliyyətə cəlb olunub.