• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3682
— 21.10.2021 11:43

Samsung Galaxy Z Fold3 və Z Flip3 satışları bütün rekordları qırıb

Samsung -un təqdim etdiyi Galaxy Z Fold3 və Galaxy Z Flip3 qatlanan smartfonları, sözün əsl mənasında piştaxtalardan işıq sürəti ilə satılır. Belə ki, şirkət cihazlar üçün çox sayda öncədən sifariş qəbul edib. Bəzi yerlərdə öncədən sifarişlər hətta 2020-ci il istehsalı olan əvvəlki modellərin ümumi satışını da üstələyib. Bunu Samsung -un bu yaxınlarda açıqladığı satış hesabatında da görmək olar ki, burada həm də avqust ayında təqdim olunan yeni qatlanan smartfonlar haqqında da məlumatları qeyd edilib. Əlavə olaraq, hər iki smartfon, "hazırda əldə edə biləcəyiniz ən yaxşı qatlanan telefon" adına layiq görülüb. Şirkət hesabatda dəqiq satış rəqəmlərini qeyd etməsə də, satışların gözləntiləri aşdığını və Galaxy Z Fold and Galaxy Z Flip-in son modellərinin hazırda Samsung-un ən çox satılan qatlanan qurğuları olduğunu bildirib.

Həmçinin, Samsung, Galaxy Z Fold3 modelinni keçən ilin Galaxy Z Fold2 -dən 5 dəfə daha çox, Galaxy Z Flip3-in Galaxy Z Flip-yə nisbətən isə 40 dəfə daha çox satıldığını bildirib. Öz növbəsində, Korea Herald, öncədən sifarişlərin keçən ilin 80.000  göstəricisi ilə müqayisədə 800.000-ə qədər ola biləcəyini qeyd edib. Nəşr, Galaxy Z Fold3 və Galaxy Z Flip3 üçün əvvəlcədən verilən sifarişlərin keçən ilkilərə nisbətən "ikiqat" daha çox olduğunu söyləyərək,  Galaxy S21 və Galaxy Note 20 -nin satışlarından 1,5 dəfə daha artıq olduğunu bildirib.

Azərbaycan bazarında da hər iki smartfonun satış göstəriciləri ən yüksək nəticələrə çatıb.  Hal hazırda məhsulların mövcudluğu təsdiq olunsada, çoxdan gözlənilən cihazı almaq üçün vaxtı itirmədən sifarişinizi ən qısa müddətdə etməyinizi məsləhət görürük.Xatırladaq ki, Galaxy Z Fold3, inanılmaz performans, 7.6” Infinity Flex ekranı və qatlanan smartfonlarda ilk dəfə S Pen dəstəyini təqdim edən mükəmməl bir cihazdır. Belə ki, smartfonda bütün məqamlar nəzərə alınıb: göz oxşayan dizayn, təkmilləşdirilmiş kamera funksiyaları və daha böyük xarici ekran. Həmçinin, ilk dəfə olaraq Galaxy Z Fold3 və Galaxy Z Flip3 smartfonları IPX8 standartlarına uyğun müdafiə ilə təchiz olunub, suyun 1,5 m dərinliyə 30 dəqiqə qala bilirlər. Hər iki cihazda cızıqlara və digər zədələrə qarşı smartfonda mövcud olan ən davamlı alüminium çərçivədən – Armor Aluminium-dan və möhkəm şüşədən – Gorilla Glass Victus-dan istifadə olunmuşdur. Burada hətta smartfonların qatlama mexanizminində xüsusi diqqət yetirilərək, bütün elektron hisləsələr xüsusi qalın örtüklə və fırça mexanizmi ilə korroziyadan qorunur. 

Galaxy Z Fold3 ilə birgə şirkət həm də ilk ekranın alt hissəsində yerləşdirilmiş kameranı təqdim edib. Unikal texnologiya, istifadəçilərin iş və istirahət üçün bütün görüntü sahəsindən istifadə etməsinə imkan yaradan, kamera “dəliyini” minimum sayda piksel yerləşdirilmişdir. Həmçinin, smartfon həm daxili həm də xarici ekranında mövcud olan 120Hz yeniləmə sürəti ilə işləyir. Bundan əlavə, Samsung Galaxy Z seriyası, sözü gedən məhsul seriyasında ilk dəfə olaraq S Pen-in imkanlarından yararlanmağa kömək edir.Galaxy Z Flip3 əsl özünü ifadə cihazıdır. Smartfonun statik vəziyyətdə düzəldilməsi üçün xüsusi dayaq tələb olunmur, əlavə ekranı isə  “güzgü” kimi istifadə edərək,  çəkiliş zamanı özünüzü real vaxtda görə bilərsiniz. Galaxy Z Flip3, bənzərsiz rənglər, incə dizayn və üstün flaqman xüsusiyyətləri ilə özünüzə məxsusluğu vurğulamaq üçün idealdır. Hətta, qapalı vəziyyətdə belə, smartfon mükəmməldir, belə ki, burada smartfonu açmadan, bildirişlərlə tanış ola, vaxta baxa və ya istənilən mesajı tez cavablandıra bilərsiniz. Smartfon kameralarına da xüsusi diqqət yetirmək gərəkdir, belə ki, üç modulu əsas kamerası olan Galaxy Z Fold3: ultra geniş, optik sabitləşdirmə (OIS) ilə təchiz edilmiş modul və 2qat optik zoom-a malik obyektivlərdən ibarətdir. Hər üç kameranın icazəsi 12 MP təşkil edir. Galaxy Z Flip3 isə ikili əsas kamera modulu ilə təchiz olunmuşdur: 12 + 12 MP, f / 1.8 + f / 2.2 icazəli əsas və ultra geniş bucaq obyektivlərlə. Bundan əlavə, smartfonlar güclü 5nm SDM888 prosessoru ilə təchiz olunmuşdurlar ki, bu da harada olursunuzsa olun daha doğul istifadə təcrübə üçün enerji səmərəliliyi və sürətli cihaz performansını təmin edir.