KepezTV Player
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin tədbirləri nəticəsində “cia.az” informasiya portalının rəhbəri Novruzov Asəf Baxşəli oğlunun əməkdaşı Səfərov Məhsud Səfər oğlu ilə əlbir olaraq ayrı-ayrı dövlət qurumları, müəssisə və təşkilatların rəhbər vəzifəli şəxsləri barəsində həqiqəti əks etdirməyən, işgüzar imicə xələl gətirə biləcək məlumatları dərc edəcəkləri ilə hədələyərək onlardan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitini tələb edərək almalarına şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb. hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
- Baxış: 554