• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 847
— 19.10.2021 16:10

Karantin rejimini pozan SPA mərkəzi aşkarlanıb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində Fitnes və SPA mərkəzinin sanitar-karantin qaydalarına zidd olaraq, gizli şəkildə fəaliyyət göstərməsini aşkarlayıblar. Obyekt işçiləri və müştəriləri Nizami rayon Polis İdarəsinə gətiriliblər. Onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. SPA Mərkəzində masaj xidmətləri göstərən şəxslər barəsində protokol tərtib edilərək 400 manat cərimə ediliblər. Obyetkin adminstratoru barəsində isə prtokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Elnur Nəbiyev 15 sutka inzibati qaydada həbs edilib. **Bundan başqa Baş İdarə əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv olan şəhər sakinləri Şahmar Həsənovun  və Cəsur Hüseynovun karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadıqları evi tərk edib şəhər ərazisinə çıxmaları aşkarlanıb. Həmin şəxslər  yaşadıqları evə göndəriliblər. Faktlarla bağlı araşdırmalar davam etdirilir.