KepezTV Player
AMEA-nin Gəncə bölməsində 18 oktyabr Müstəqilliyin Bərpası Günü ilə əlaqədar olaraq dəyirmi masa keçirilib. Yığıncaqda alimlər, tarixçilər, veteranlar, eləcə də şəhər ağsaqqaları iştirak ediblər. Müstəqilliyin Bərpası Gününün önəmindən danışılan tədbirdə tarixə nəzər salaraq ölkəmizin ikinci dəfə müstəqillik qazanmasından və həmin dövrdə cərəyan edən hadisələrdən bəhs ediblər. 18 oktyabr gününün SSRİ-dən ayrılan, AXC-nin varisi olan müstəqil Azərbaycanın tarixində ən əlamətdar günlərdən biri olduğu vurğulanıb.
- Baxış: 319