• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2512
— 15.10.2021 15:57

Gündəlik yoluxma sayında artım davam edir

KepezTV Player

Operativ Qərargah son sutka ərzində ölkədə koronavirusa yoluxma ilə bağlı statistikanı açıqlayıb. Xəstəliyi müəyyənləşdirmək üçün götürülən 11 346 testdən 1 850-nin nəticəsi pozitiv çıxıb. COVID-19-dan müalicə olunaraq sağalanların sayı 735, ölənlərin sayı isə 14 nəfər olub. 14 932 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutkada koronavirus əleyhinə 31 417 vaksin vurulub ki, bunun da 12 346-ı birinci, 19 071 nəfər isə ikinci mərhələ üzrə peyvənd olunanlardır.