• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 902
— 13.10.2021 16:01

Narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

KepezTV Player

Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib, saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini Pərviz Həsənov saxlanılıb. Saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman külli miqdarda, müxtəlif bükümlərdə narkotik maddə olan “metamfetamin”, “heroin” və narkotik vasitə olan qurudulmuş “marixuana”, həmçinin həmin narkotikləri qablaşdırmaq üçün xüsusi vasitələr aşkar edilərək götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib. Faktla bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.