• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3149
— 13.10.2021 15:36

Səhiyyə və Təhsil nazirlikləri koronavirusdan ölən şagirdlə bağlı məlumat yaydı

KepezTV Player

"Sumqayıt şəhər sakini Əsgərov Kamil İslam oğlu oktyabrın 9-da saat 20:05-də təcili tibbi yardımla Sumqayıt şəhər Uşaq Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub". Səhiyyə və Təhsil nazirliklərinin birgə yaydığı məlumatda bildirilib ki, bu zaman xəstədə yüksək hərarət, boğulma, təngənəfəslik əlamətləri müşahidə edilib. COVID-19 testi pozitiv olub. Həkimlərin təyin etdiyi son klinik diaqnoz COVID-19, ikitərəfli pnevmoniya, kəskin tənəffüs çatışmazlığı, alimentar piylənmə olub. Müalicə tədbirlərinə baxmayaraq Kamil Əsgərov oktyabrın 11-də kəskin ürək-tənəffüs çatışmazlığından vəfat edib. "Xəstənin 5 gün müddətində xəstəxanaya müraciət etməməsi və ev şəraitində müalicə olunması gedişata mənfi təsir göstərib", - məlumatda vurğulanıb. Hər iki qurum cari epidemioloji vəziyyəti nəzərə alaraq bir daha valideynlərdən müvafiq tibbi göstərişləri olan 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmələrini tövsiyə edib.