• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1947
— 13.10.2021 09:53

Yük maşını avtobusa çırpılıb, ölənlər və xəsarət alanlar var

KepezTV Player

Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.<br>Mərdəkan istiqamətində hərəkət olan "Mercedes" markakı yük avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb.İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.5 nəfər ölüb, 21 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.