• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1589
— 13.10.2021 09:45

Ceyhun Bayramovun İranlı həmkarı ilə telefon danışığı baş tutub

KepezTV Player

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Tərəflər, son zamanlar müşahidə olunan, ölkələrimiz arasındakı dostluq münasibətlərinin səviyyəsinə uyğun olmayan ritorikanın zərərli olduğu və bütün fikir ayrılıqlarının dialoq vasitəsilə həll edilməsinin vacibliyi qeyd edilib. Nazirlər, ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmətin hər zaman rəhbər tutulmasının vacibliyini vurğulayıblar. Azərbaycan Respublikası vasitəsilə tranzit daşımalarına dair sualların aidiyyəti dövlət qurumları arasında birbaşa təmaslar vasitəsilə müzakirə edilməsi qənaətinə gəlinib.