• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 970
— 12.10.2021 20:37

"Zəfər tarixi" ilə əbədiləşən zəfər

KepezTV Player

2021- 2022 tədris ilindən başlayaraq ümumtəhsil məktəblərində Zəfər tarixi dərsinin tədrisinə başlanılıb. Dərslikdə şagirdlər Vətən müharibəsi və qazanılan şanlı qələbə barədə dəqiq məlumatlara sahib ola biləcəklər. 127 səhifədən ibarət olan kitabda əsas xətti Azərbaycan ordusunun rəşadəti, 44 günlük müharibədə ən ağır döyüş əməliyyatlarını uğurla icra edərək zəfər qazanması təşkil edir. Tədris olunmağa başlayan dərslik şagirdlər tərəfindən də maraqla qarşılanıb.

Emilya Qasımova  şagird: Mən çox şadam ki, biz bu dərliyi Zəfər tarixini öyrənirik. Çünki şəhidlərimiz haqqında öyrənmək, Vətənimizi necə zirvəyə ucaltdıqlarını öyrənmək sevindirici haldır.

"Zəfər tarixi" dərsliyində həm birinci Qarabağ, həmçinin bizə parlaq qələbə qazandıran 44 günlük vətən müharibəsi barədə ətraflı məlumatlar yer alır. Kitabda 2016-cı ilin aprel, eləcə də 2020-ci ilin Tovuz döyüşləri haqqında da bölmə var.

Söhrah Hacıyev Metodiki Mərkəzin direktoru: Zəfər tarixxi dərsliyində 44 günlük vətən müharibəsində vətən oğullarının göstərdikləri qəhrəmanlıq haqqında geniş məlumat var.  Bu dərslik bütün məktəblərin 9 cu sinfindən tədris olunur. Və tarix dərsliyi Qarabağın tarixi haqqında, qarabağın mədəniyyəti haqqında və vətən müharibsəi dövründə qəhrəmanlıq göstərən əsgərlərimiz haqqında geniş məlumatlar verilmişdir.

Tarix yazmaqla bizi zəfərə aparan şəhidlər və qazilər, qələbənin əldə olunmasında dövlətin və ordunun gücünü şagirdlərə çatdırmaq məsuliyyətli olduğu qədər də qürurvericidir.

Şəhla Nəbiyeva tarix müəllimi: Bu tarixi biz şagirdlərə sevə- sevə öyrədirik.  Çünki zəfər tarixi qələbəmizin tarixidir,Azərbaycanın tarixidir, müfəzzər ordunun tarixidir. 44 gün davam edən bu müharibədə Azərbaycan xalqının aparadığı mübarizə, müzəffır ordumuzun qələbələrini şagirdlərə çatdırmaq əlbətdəki bizim üçün sevincdir. İşğal olunan ərazilərimiz bu gün artıq azaddır. Bu ərazilərimiz haqqqında məlumat vermək, əlbətdə ki, biizm üçün çox sevindirici haldır. Tarix müəllimi kimi qürur duyuruq. Çünki tariximizi uşaqlara öyrədirik.

"Zəfər tarixi" dərsliyi həm rus, həm də azərbaycan bölmələri üzrə təhsil alanlar üçün nəzərdə tutulub.

Esmira Qaraxanova 28 saylı tam orta mətəbin direktoru: Keçən il bu vaxtlar  bizim uşaqlar bu tarixin canlı canlı şahidi idilər. Uşaqlar artıq bu dərsə girəndə özlərinin ürəkləri doludur. Özləri də nəsə danışmaq istəyib öz töhvəsini zəfər tarixinə vermək istəyirlər. Və bu fənn  bizim üçün doğmalaşdı.

Şagirdlər dərslikdə olan QR koddan istifadə edərək mövzular üzrə əlavə məlumatlar da əldə edə bilərlər.

Aişə Rzayeva