• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1404
— 12.10.2021 12:35

Şəhid ailələri və qazilər "ASAN xidmət"dən növbəsiz istifadə edəcək

KepezTV Player

“ASAN xidmət” mərkəzlərində ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananlar və şəhid ailələrinin üzvləri üçün təşkil olunan xüsusi xidmət davam edir.Bu xüsusi xidmət vasitəsi ilə müvafiq kateqoriyadan olan şəxslər xidmətlərdən növbə gözləmədən yararlana bilirlər. Göstərilən xidmətlər yaralanan və şəhidlərin yalnız özləri ilə bağlı olan müvafiq işlərə şamil edilir.Bu günə qədər bu istiqamətdə 1790 yaralananın və 2166 şəhid ailəsi üzvünün ümumilikdə 3956 müraciəti təmin edilib.