• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1186
— 11.10.2021 19:59

Saqqalın altından görünən həqiqətlər

KepezTV Player

Azərbaycanın qələbəsi ilə bölgədə yaranan yeni reallıqlar bir çox mətləblərin də üstünü açdı. Dost, qardaş dediklərimiz düşmənimizə qucaq açdığını gizlədə bilmədilər. Bu, azmış kimi, kin-küdurətlərini də ört-basdır eləməyi bacarmadılar.

Bütün dünyanın gördüyü bu görüntüləri qulağımızın dibindəki İranın görməməsi mümkün deyil, amma görməzdən gəlməsi aydındır. Həm aydındır, həm də anlaşılan. İslam Respublikası adlanan bu ölkənin İslam adına, din qardaşlığına ləkə gətirən fəaliyyəti çoxdan sezilirdi, amma müəyyən yollarla üstünü örtməyə çalışırdılar. Lakin Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərlə bölgəyə elə bir Günəş doğdu ki, bütün qaranlıqlar aydınlandı. İranın da şimala baxanda gözlərinin qamaşması bu səbəbdən bir növ təbiidir. Süni olan isə din qardaşlarımızın İslam dinini təhqir edənlərlə əlbir olmasıdır. 30 illik işğal dövründə İslam Respublikasının bir əlinin Ermənistanın üzərində olmasını lap bir kənara qoyaq, axı Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində də dindaşlarımız Tərtərdə, Gəncədə, Bərdədə dinc sakinlərə divan tutarkən də ermənilərə yardım daşıyırdılar.

Cənub qonşumuzun riyakarlığının başqa bir faktı: necə olurdusa, illərlə Qarabağ ərazisi narkotik yuvası, terrorçuluğun məskəni olanda, İrana təhdid deyildi, amma Azərbaycan doğma torpaqlarını azad edib xarabazara döndərilmişərazilərini gülüstana çevirəndə İrana təhdid olur?!

Amma İran bu əli sıxmağa özündə nə cəsarət, nə də səmimiyyət tapdı. Öz işləridir. Azərbaycan İransız da regionun inkişafına çalışacaq.

Terrorçunu qucaqlayıb bağrına basanlar bu gün həyasızcasına Azərbaycanla sərhəddə guya terrorçuların cəmləşdiyini iddia edirlər. Heç bir dəlil, sübut göstərmədən. Cənub qonşularımızın riyakarlığının daha bir göstəricisi: Azərbaycan torpaqları işğal altındaykən sərhəddə təlim keçirmək yadlarına da düşməyənlər, indi Arazın sahilinə qoşun yığıblar.

Rumi necə deyirdi? – “ya olduğun kimi görün, ya göründüyün kimi ol”.İslam adıyla islama zidd əməllər nə yerdə,nə göydə, heç bir şəkildə cəzasız qalmayacaq.

İran rəsmilərinin bölgənin yeni reallıqlarına qeyri-adekvat davranışları özlərini gülünc vəziyyətə salmaqdan başqa bir şey deyil (Lavrovla görüşdən görüntülər). Şirin özünə şirin quyruğuyla oynamamağı tövsiyə edənlərdən başqa nə gözləyəsən?! Əmammələrini azca yuxarı qaldırıb sağlarına-sollarına baxsalar, tezliklə quyruqlarının qapı arasında qalacağını görmələri çətin olmaz.