• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 719
— 11.10.2021 00:17

"Hava həbsxanası" - Bədii film

“Hava həbsxanası” ən ağır cinayətlər törətmiş və təhlükəli məhbusları daşıyan hava nəqliyyat bölməsidir. Belə reysin sərnişinlərindən biri səkkiz il cəza çəkdikdən sonra evə qayıdan Kemeron Podur. Sərbəst buraxılacağı günü səbirsizliklə gözləyən Kemeronun evə geri dönməsinə heç bir şey əngəl olmamalıdır. Ancaq iş elə gətirir ki, təhlükəli residivist Sayrus “Virus” Qrissin rəhbərliyi altında məhbuslar qiyam edir və təyyarəni ələ keçirirlər. O vəziyyəti öz nəzarətinə götürməyi və polisə kömək etməyi qərara alır – çünki bu onun evə sağ-salamat qayıtması üçün yeganə çıxış yoludur.

Rejissor: Saymon Uest

Baş rollarda: Nikolas Keyc

Digər rollarda: Stiv Buşemi, Denni Treho, Con Küsak, Con Malkoviç