KepezTV Player
Goranboyda Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru qətlə yetirilib.1964-cü il təvəllüdlü Əhmədov Ziyad Ələs oğlu iş otağında boyun və ürək nahiyələrindən bıçaqlanaraq öldürülüb.Cinayəti iş mübahisəsi zəminində DAİM-in mühasibi 29 yaşlı Bağırov Mirhadi Mirtağı oğlunun törətdiyi bildirilir. Məlumata görə, Mirhadi Bağırov təqaüddə olan polis polkovnik-leytenantı Mirtağı Bağırovun oğludur. O, bu ilin əvvəlində DAİM-in mühasibi vəzifəsinə təyin olunub. Hadisədən sonra DAİM-in əməkdaşları Ziyad Əhmədovu Mərkəzin avtomobili ilə xəstəxanaya çatdırıblar. Lakin həkimlər direktorun artıq öldüyünü müəyyən ediblər. Faktal bağlı araşdırma aparılır.
- Baxış: 892