
Böyük Birtaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp və Böyük Birtaniya Şurasının ölkəmiz üzrə rəhbəri Frensis Qardener-Trexo Gəncəyə səfər ediblər. Mircəlal Paşayev adına 39 nömrəli orta məktəbdə olan qonaqlar burada Böyük Birtaniyanın səfirliyi tərəfindən 2017-ci ildə yaradılan ingilis dili resurs mərkəzinin fəaliyyəti ilə tanış olublar. Şəhərin bütün məktəblilərinin istifadə edə bildiyi mərkəzin məqsədi interaktiv metodlarla 5-11-ci sinif şagirdlərinin ingilis dili bacarığını artırmaqdır. Bu ilin iyun ayında səfirlikdə keçirilən yarışda isə Gəncə məktəbliləri ikinci yerə çıxaraq, səfirlik tərəfindən xatirə hədiyyələri ilə təltif olunublar. Həmçinin Gəncədə İngilis dilli müəllimlər birliyi də fəaliyyət göstərir. Mərkəzi ofisi Bakı Slavyan Universtetində olan birliyin ölkədə 10 filialı var.
- Baxış: 518