KepezTV Player
Kürdəmirdə oğurluq faktının üstü açılıb. Rayon sakini olan iki nəfər Polis Şöbəsinə ərizə ilə müraciət edərək müxtəlif vaxtlarda onlara məxsus heyvanların oğurlandığını bildiriblər. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayonun Sor-Sor kənd sakinləri Elvin və Fariz Abasov qardaşları, onların həmkəndliləri Mehman və Ülvi Qəniyevlər, eləcə də Çöhranlı kənd sakini Asim Kərimov və Qağacılı kənd sakini Ayaz Qəribov saxlanılıblar.
- Baxış: 679