• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 925
— 06.10.2021 12:00

Whatsapp-da səsli mesajlara qulaq asmaq daha rahat olacaq

Whatsapp komandası səsli mesajlara rahat qulaq asmaq üçün yeni qlobal player (global voice message player) üzərində çalışır. Hazırlanan yeni funksiya səsli mesajlara messencerin istənilən bölməsindən qulaq asmağa imkan verəcək. Beləliklə yeni funksiya uzun səsli mesajlara qulaq asma prosesini sadələşdirməlidir. Verilmiş məlumata əsasən səsli mesajlara rahat şəkildə qulaq asmaq üçün nəzərdə tutulmuş yeni player messencerin istənilən bölməsindən görünəcək. İstifadəçi isə öz növbəsində səsli mesajı messencerin istənilən bölməsindən dayandıra və ya davam etdirə biləcək.

 Bu funksiya istifadəçinin uzun səsli mesaj əldə etdiyi zaman faydalı olacaq. Belə ki, bu halda istifadəçi səsli mesaja qulaq asa-asa digər şəxslərə mesaj yaza biləcək. Qeyd etmək lazımdır ki, hal hazırda səsli mesajlara yalnız çat daxilində qulaq asmaq mümkündür. İstifadəçi çatdan çıxan zaman səsli mesaj avtomatik olaraq dayanır. Yeni funksiya hələ ilkin hazırlanma mərhələsindədir və Whatsapp-ın yalnız beta versiyasında test olunur. Funksiyanın bütün istifadəçilər üçün nə zaman istifadəyə veriləcəyi barəsində məlumat yoxdur.