• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 933
— 05.10.2021 11:58

Tovuzda qəza olub, 1 nəfər ölüb

KepezTV Player

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun girişində qeydə alınıb. Qəzada bir nəfər ölüb, 5 nəfər yaralanıb. " Toyota Prado" ilə "Mercedec"in toqquşması nəticəsində rayonun Kirən kənd sakini, 25 yaşlı Cəfərov Samir Elman oğlu dünyasını dəyişib. Xəsarət alanlar isə eyni kənd sakinləri – 22 yaşlı Yasin Səməndərov , 25 yaşlı Muxtar Rzayev, 24 yaşlı Anar Əyyubov, 32 yaşlı Samir Fərmail oğlu Cəfərov , 26 yaşlı Sərxan Nərimanovdur. Yaralılardan Anar Əyyubovun  vəziyyətinin ağır olduğu bildirilir.