KepezTV Player
Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları da taksi və ictimai nəqliyyat vasitələrinin sürücülərinin koronavirus infeksiyasına qarşı 2-ci doza peyvənd olunmaları ilə bağlı reydlərə başlayıblar. Bu məqsədlə şəhərin bir neçə yerində baş tutan reyddə asayiş keşikçiləri taksi fəaliyyəti ilə məşğul olan, eləcə də ictimai nəqliyyat idarə edən sürücülərin vaksin pasportlarının olub-olmamasını yoxlayıblar. Yoxlama zamanı əksər sükan sahiblərinin qaydalara riayət edərək peyvənd olunduqları müşahidə edilib. COVID-19 pasportu olmayan taksi və ictimai nəqliyyat sürücüləri inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunurlar.
- Baxış: 773