• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2265
— 28.09.2021 19:18

Gəncə karateçiləri paytaxt yarışında 9 medal qazanıblar

KepezTV Player

Arpaçay Gəncə klubunun karateçiləri Bilik gününə həsr olunan Respublika biriinciliyində iştirak ediblər. Bakıya məşqçi Mahir Məmmədovun rəhbərliyi ilə 17 nəfərlik heyətlə yollanan klubun üzvlərindən yarısı mükafatçılar sırasına düşməyi bacarıb. Gəncə komandası  2-si qızıl, 4-ü gümüş və 3-ü bürünc medal olmaqla 9 mükafata yiyələnib.

Arpaçay Gəncə klubunun karate bölməsində 90-a yaxın uşaq və yeniyetmə karate ilə məşğul olur. İdmançıların ən kiçiyinin 6, ən böyüyünün isə 17 yaşı var.