• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2276
— 27.09.2021 19:34

Şəhidlərin xatirəsinə futbol yarışı

KepezTV Player

27 sentyabr anım günü Şəmkir rayonunun Qılıncbəyli kəndində də qeyd olunub. Əvvəlcə tədbir iştirakçıları məzarlığı ziyarət edərək şəhid olanların ruhlarına dualar oxuyublar. Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun düşməni məhv etdiyini, igid oğullarımız sayəsində 30 ildən sonra torpaqlarımızın erməni əsarətindən birdəfəlik azad olunduğunu ifadə ediblər. Sonda məktəblilər şəhidləri və vətəni tərənnüm edən şeirlər söyləyiblər. Tədbirdən sonra anım gününə həsr olunan futbol turnirinə start verilib. Yarışda Qılıncbəyli kəndindən olan 7 şəhidin adını daşıyan komanda mübarizə aparıb. Yekunda ilk 3 yeri tutan kollektivlər fəxri fərmanla təltif ediliblər.