• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 744
— 24.09.2021 19:18

Əkinə yararlı torpaqların suvarılması üçün işlərə başlanılıb

KepezTV Player

Goranboyda payızda əkinə yararlı torpaqların suvarılmasında problem yaşanmaması üçün işlərə başlanılıb. Rayon ərazisindən keçən arxların lil və palçıqdan təmizlənməsi işləri həyata keçirilir. Bundan başqa əsaslı təmirə ehtiyacı olan subartezian quyuları da yenilənir.

Goranboyda 66 min 300 hk əkinə yararlı torpaq sahəsi var ki, bunlarda suvarma suları ilə sulanır. Suvarma Sistemləri İdarəsi balansında olan bu torpaq sahələrinin suvarılması Kürəkçay, Qaraçay və Tərtər kanalının suları eləcədə 100-ə yaxın ümumi uzunluğu 2200 km olan arxlar vastəsi ilə həyata keçirilir. Payızda bu arxlarda suvarmanı asan həyata keçirmək üçün onların  lil və palçıqdan təmizlənməsinə başlanılıb.  Artıq 1 həftədir ki, ümumilikdə 12 km uzunluğunda arx lildən təmizlənib.

Bununla paralel rayonun  Qaramusalı, Goranlı, Veyisli kəndlərinin subartezian quyularında da əsaslı təmir bərpa işləri aparılır ki, burda da işlər başa çatmaq üzrədir. 120 ha əkinə yararlı torpaq sahəsini suvaracaq bu subartezian quyularınən əsaslı təmir ilə yanaşı yeni artezian quyularının qazılması da gedir.

Goranboyda həmçinin əkinə yararlı torpaq sahələri 958 subartezian quyusu eləcədə 16 nasos stansiyası vastəsi ilə də suvarılır.

 

Elnur Vahidoğlu