• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1690
— 23.09.2021 20:28

AFFA-nın Nizami yurdunda növbəti tədbiri

KepezTV Player

AFFA-nın həyata keçirdiyi “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Gəncədə baş tutub. Nizami yurdundakı tədbir bu dəfə stadionda yox, Vətən müharibəsi zamanı Ermənistanın raket hücumuna məruz qalan Qələbə parkında keçirilib.Şəhər icra hakimiyyətinin nümayəndələri, deputatlar və AFFA nümayəndələri əvvəlcə mülki insanların şəhid olduğu məkanı ziyarət edərək tər qərənfillər düzüblər. Ardınca kiçik yaşlı futbolçularla görüş keçirilib və şəhid, qazi və aztəminatlı ailələrin uşaqları da daxil olmaqla 100-ə yaxın yeniyetməyə futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib. Bu layihə Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılan addımdır.