• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1756
— 22.09.2021 18:59

"Vətən müharibəsi"nin ildönümü ilə bağlı şahmat yarışı

KepezTV Player

Gəncədə sürətli şahmat üzrə yarış keçirilib. Birincilik Vətən müharibəsinin başladığı 27 sentyabrın ildönümü münasibətilə təşkil edilib.

Yarışın açılış mərasimində uzun müddətdən sonra ənənəvi formada bu cür birinciliklərin keçirilməsinin sevindirici hal olduğu vurğulanıb. Vətən müharibəsində qazanılan qələbə sayəsində torpaqlarımızın düşmən əsarətindən azad olunduğu, 44 gün müddətində ordumuzun tarixdə şanlı zəfər yazdığı bildirilib. Rəsmi hissənin ardından yarış başlayıb. Mübarizələrdə həm oğlan, həm də qız olmaqla 80-dən çox iti zəka sahibi iştirak edib.

Birincilik pandemiyadan sonra keçirilən ilk şahmat yarışı olub. Birincilik iştirakçıların bacarığına görə 3 qrup üzrə reallaşıb.

Yarışda hər qrup üzrə ilk 3 yeri tutanlar diplomla təltif edilib. 27 sentyabrın ildönümü ilə əlaqədar digər idman növləri üzrə yarışların keçirilməsi də planlaşdırılır.