• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1966
— 22.09.2021 19:48

Təhsil naziri qərb bölgəsində bir sıra obyektlərin açılışını edib

KepezTV Player

Təhsil Naziri Emin Əmrullayev qərb bölgəsinə səfər edib. Nazir səfər çərçivəsində Gəncə və Samuxda bir sıra obyektlərin açılışında iştirak edib.

Gəncə şəhər Xarici Dillər Təmayüllü Gimnaziyanın açılışında təhsil naziri Emin Əmrullayev təqvim ilinin sonuna kimi 88 təhsil müəssisəsinin bərpasının planlaşdırıldığını deyib ki, bunlardan artıq 55-i fəaliyyətə başlayıb. 44 günlük Vətən müharibəsində zərər dəyən məktəblərin hər biri bərpa olunub və şagirdlərin ixtiyarına verilib.

Daha sonra  Gəncə şəhərindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılan STEAM Mərkəzinin açılışı olub. STEM Mərkəzi təhsilimiz üçün xüsusi önəm daşıyır və  bu sahədə 2 istiqamət var. Bublar 300-ə qədər məktəbə avadanlıqların verilməsi və şagirdlərin STEM dərslərinə qoşulması ilə bağlıdır. Beləliklə, yüz mindən artıq şagird bu layihəyə cəlb ediləcək.

Şagird sıxlığı ilə əlaqədar açıqlama verən nazir bildirib ki, əyani təhsil pandemiya ilə əlaqədar təsdiq olunan təlimata uyğun formada davam etdiriləcək.

Gəncə Dövlət Universitetinin yataqxana kompleksinin də yenidən qurulmadan sonra açılışı olub. Nazir tələbə yataqxanasında yaradılan şəraitlə tanış olub, tələbələrə təklif olunacaq xidmətlərlə maraqlanıb.

Samux rayon İnstitut qəsəbəsində yeni tikilən tam orta məktəb istifadə verilib.

Samux rayonunun Çobanabdallı kəndində də yeni məktəb binası inşa olunur. İlin sonuna kimi təhsil müəssisəsi şagird və müəllimlərin istifadəsinə veriləcək.

 

Valeh Anaroğlu