• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 748
— 22.09.2021 12:07

Narkotik alan və satan şəxslər saxlanılıblar

KepezTV Player

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Kənan Hümbətov və Azər Seyidov saxlanılaraq polis şöbəsinə gətirilib. Onların üzərinə baxış keçirilən zaman Hümbətovdan  metamfetamin və qurudulmuş marixuana, Seyidovdan isə heroin aşkar edilərək götürülüb. Həmin şəxslərə narkotik maddəni satan şəxsin kimliyi bəlli olub. Belə ki, şübhəli şəxslər ifadələrində narkotik maddəni Samir adlı şəxsdən alıqlarını bildiriblər. Rayon sakini Samir Hacıyev də saxlanılıb. Üzərindən narkotik maddə heroin aşkar edilən S. Hacıyevin yaşadığı fərdi yaşayış evindən isə 9 ədəd müxəlif bükümlərdə metamfetamin, 10 ədəd müxtəlif bükümlərdə heroin, metadon həbləri və tiryək aşkar edilərək götürülüb.Satış məqsədi ilə narkotik maddə əldə edib saxlmaqda şübühəli bilinən rayon sakini Rəşid Abuzərov də saxlanılıb. Üzərindən qurudulmuş marixuana aşkar edilən Abuzərovun  və yaşadığı evədən isə müxtəlif bükümlərdə və kibrit qutularında olan narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, 2 ədəd həmin tüfəngə aid patron, 27 ədəd güllə başlığı, 6 ədəd pnevmatik silaha aid patron, 1 ədəd 5.45 mm-li avtomat patronu və 1 ədəd bıçaq aşkar edilərək götürlüb. Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.