• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1931
— 21.09.2021 20:29

Güləşçilər doğma şəhərə 8 medalla dönüblər

KepezTV Player

Nizami yurdunun güləşçiləri Serbiyanın Belqrad şəhərində keçirilən Dünya Məktəblilərinin İdman Oyunlarında fərqləniblər. Millinin heyətində Nizami yurdunun təmsilçilərindən 8-i fəxri kürsüyə yüksəlməyi bacarıb. Yeniyetmə pəhləvanlardan 2-si qızıl, 4-ü gümüş, 2-si isə bürünc mükafata yiyələnib. Avropa ölkəsində yer tutan idmançılar artıq doğma şəhərlərinə qayıdıblar. Onlar Heydər Əliyev parkının girişində,Zəfər tağının önündə qarşılanıblar. Güləşçiləri təbrik etmək üçün məşqçiləri, yaxınları və idman ictimaiyyətinin nümayəndələri bir araya gəliblər. Serbiyadakı yarışdan 8 medalla dönən Gəncə güləşçilərinin uğuru yüksək qiymətləndirilib. Bu qələbələrin davamlı olması arzulanıb.