• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2139
— 21.09.2021 20:42

Payızda 150 minə yaxın gül-çiçək əkiləcək

KepezTV Player

Gəncədə payız fəslində əkiləcək 150 minə yaxın bu yaşllığın hamısı Şəhər Yaşıllaşdırma İdarəsinin gülçülük sahəsində becərilib. Gülçülük sahəsinin 11 hektar ərazisi var ki, burada da ağaclar və gül kolları növlərinə uyğun olaraq xüsusi ayrılan  8 istixanada  toxum və ya qələmlə yetişdirilir. Burada olan uzunluğu 40 m, eni isə 6 m olan 3 yeni istixana da yaradılıb ki, bu da gülçülükdə yeni ştillərin əkilməsinə imkan verir. Tam standartlara uyğun olan bu istixanalarda gül çiçəyin sulanması müasir suvarma üsulundan istifadə edilərək çiləmə, damcı ilə həyata keçirilir.  Gülçülükdə hazırda 30 minə yaxın 4 rəngdə ətirşah, 1000-ə yaxın qərənfil eləcə də payız fəsli üçün xarakterik olan digər gül və çiçəklər yetişdirilib. İşçilər tərəfindən əkiləcək bu gül çiçəklərin qablara köçürülməsinə başlanılıb. Burada gül-çiçəklə yanaşı 20 minə Eldar şamı, Xan çinar, sərv və  müxtəlif ağac növlərinin ştilləri də yetişdirilib. Ümümilikdə Gəncə şəhərində 17 istirahət guşəsi, park və xiyaban 760 hektar yaşıllıqla əhatə olunub.

Elmar Əzizov Gəncə şəhər MKTB-nin Yaşıllaşdırma şöbəsinin müdiri:Yalnız gül-çiçəklərin toxumlarını əldə edirik. Toxum vastəsi ilə də böyüdüb şəhərimizi bəzəyirik. Bu aylar sərin aylardı və artıq bu gül-çiçəkləri şəhərimizə köçürmək vaxtıdır. Yaxın günlərdə şəhərimizi bəzəməyə başlayacağıq. Payız güllərindən ən çox 10 minə yaxın xrizantema gülü, 30 minə yaxın geran yetişdiriik ki, onu da şəhərimizə əkəcəyik. Biz Xan çinarı yetişdirmişik, Eldar şamı, palıd ağacını da lazım olan sahələrdə əvəzləyəcəyik.