• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1105
— 21.09.2021 20:37

BMT-nin rezident nümayəndəsi təhsil müəssisələrində olub

KepezTV Player

BMT-nin İnkişaf Proqramı üzrə rezident nümayəndəsi Alessandro Frakasettinin başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib. Səfər çərçivəsində nümayəndələr Sənaye və İnnovasiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində və Azərbaycan Texnologiya Universitetində olublar.

Qonaqlar əvvəlcə peşə təhsili mərkəzində olaraq "Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək" layihəsi çərçivəsində istifadəyə verilən emalatxanaya baş çəkiblər.Görüş zamanı layihənin bugünə kimi fəaliyyətləri və nəticələri barədə məlumat verilib.Peşə təhsilinin infrastruktur, tədris və kommunikasiyası üzrə müasirləşdirilməsi istiqamətində olan bu layihə çərçivəsində 3000-dən artıq tələbə birbaşa faydalanacaq.

Alessandro Frakasetti BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə rezident nümayəndəsi: Biz burada çox müasir bir emalatxananı gördük.Emalatxana ən son model avadanlıqlarla təmin olunub.Toxuculuq və tikiş ixtisası üzrə müraciət edən tələbələr üçün mükəmməl şərait yaradılıb. Burada olan tikiş maşınları imkan verir ki, biz mühüm məhsulları istehsal edə bilək.Məqsədimiz peşə təhsilinə marağın artırılmasıdır.O cümlədən peşə təhsili müəssisələri ilə özel sektor arasında əlaqələr qurmaq əsas hədəflərimizdəndir. Süni intellekt və maşınqayırma sahəsi üzrə layihələri planlaşdırmışıq.

Nümayəndə heyəti Azərbaycan Texnologiya Universitetində PROGRO mərkəzinin açılışında da iştirak edib. Sözügedən universitetdən "Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı" layihəsi çərçivəsində təsis olunan mərkəz regionlarda işsizliyin azadılması, gənclərin sosial layihələrə cəlb edilməsi, onlarda yeni layihələrin hazırlanması istiqamətində biliklərin formalaşdırılması üçün fəaliyyət göstərəcək.

Valeh Anaroğlu