• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2460
— 21.09.2021 20:36

Məktəblərdə ilk dərs "Qarabağ Azərbaycandır!" mövzusunda olacaq

KepezTV Player

Yeni tədris ilində I-XI siniflərdə ilk dərs "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunacaq. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.Sentyabrın 22-də Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai siniflərində ənənəvi formada yeni dərs ili başlayır. Digər siniflər və məktəbdənkənar müəssisələrdə isə sentyabrın 29-dan həftədə beş dəfə olmaqla əyani tədrisə başlanacaq. Orta ixtisas, peşə təhsili müəssisələri və universitetlərdə də tədris sentyabrın 29-dan əyani olaraq həyata keçiriləcək. Tədris olunmayan dərs saatları il ərzində tətil günləri hesabına bərpa ediləcək.