• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1052
— 21.09.2021 20:35

Ombudsman beynəlxalq təşkilatlara müraciət edib

KepezTV Player

"Müharibənin başa çatmasından sonra yalnız hərbi qulluqçuların deyil, mülki şəxslərin də minaya düşərək həlak olduğu və ya yaralandığı onlarla hadisə baş verib". Bu fikirlər Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın 21 sentyabr - Beynəlxalq Sülh Günü ilə bağlı beynəlxalq təşkilatlara ünvanladığı müraciətdə yer alıb. "İşğal dövründə minaladığı ərazilərin dəqiq xəritələrini Azərbaycana təhvil verməkdən boyun qaçıran Ermənistan tərəfi insanların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla bərabər, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri istiqamətində dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsinə də maneə törədir. Bununla da o, beynəlxalq Konvensiyaların tələblərini pozur və beynəlxalq ictimaiyyətə açıq hörmətsizlik nümayiş etdirir", - deyə müraciətdə vurğulanıb.