• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2498
— 21.09.2021 20:32

Prezident məktəblərdə şəraitlə tanış olub

KepezTV Player

Dövlətimizin başçısı paytaxtın Sabunçu rayonunda 71 saylı tam orta məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Məktəbdə aparılan əsaslı təmir işləri barədə Prezidentə məlumat verilib. Bildirilib ki, şagird sıxlığı nəzərə alınaraq, təhsil ocağı üçün 864 yerlik, 30 sinif otağından ibarət əlavə korpus da inşa olunub.

Azərbaycan Prezidenti Sabunçu rayonundakı 307 saylı tam orta məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə də tanış olub. 2006-cı ildə inşa edilən 1176 şagird yerlik məktəbin binası əsaslı təmir olunub, 15 sinif otağından ibarət əlavə korpus tikilib. Yeni korpus 432 şagird yerlikdir.

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtdakı Ağ Şəhərdə Bakı Avropa Liseyi üçün inşa edilən 1560 şagird yerlik yeni binanın açılışında iştirak ediblər. İnşasına ötən il başlanılan bu tədris müəssisəsində yaradılan şərait istedadlı şagirdlərin intellektual və yaradıcı potensialının üzə çıxarılması və inkişafı, onların yüksək mənəvi və mədəni dəyərlərə əsaslanaraq formalaşdırılması üçün geniş imkanlar yaradır. İstedadlı uşaqlar üçün yaradılmış Bakı Avropa Liseyi Təhsil Nazirliyinin tabeliyində olan dövlət məktəbidir.